"Ekol TV"də qanunsuz maliyyə axını üzrə istintaq genişlənir: Şübhəlilərdən biri Mübariz Mənsimovdur
Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən "Ekol TV"nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və çirkli pulların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddiaları araşdırılır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, gizli saxlanılan şahidin ifadələri və daxil olan məlumatlar əsasında aparılan yoxlamalar zamanı "Ekol TV"nin bağlanma qərarından sonra şirkətin ofisinin Kağıthane rayonuna köçürüldüyü müəyyən edilib.
Ünvan dəyişikliyinə görə iş üzrə icraat dayandırılıb və dosye İstanbul Baş Prokurorluğuna göndərilib.
İstintaq materiallarında bir gizli şahid və 12 şübhəlinin yer aldığı bildirilir. Şübhəlilər arasında Veysel Şahin (əsas şübhəli), Mübariz Mənsimov ("Palmali"nin sahibi - red.), "Ekol TV"nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də var.
Məlumata görə, istintaq "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" və "maliyyə pozuntuları" maddələri üzrə davam etdirilir. Maliyyə Cinayətlərini Araşdırma Şurasından (MASAK) tələb olunan hesabatın kanalın kapital axını və strukturunu üzə çıxaracağı gözlənilir.
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...