Əfqanıstanda qadınlara radioda səsləndirmə qadağan edilib
Əfqanıstan hökumətinin məmurları Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb.
"Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır", - məlumatda bildirilib.
Qeyd olunub ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var.
Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...