Ece Seçkin bu görünüşü ilə gündəm oldu
Müğənni Ece Seçkinin xarici görünüşü müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, sənətçi verdiyi konsertlərdən birində artıq çəkisi ilə gündəm olub.
Hər zaman fit və qüsursuz görünüşü ilə diqqət çəkən ifaçının bu halı tənqid edilib. O hətta açıq-saçıq səhnə kostyumu geyinərək artıq çəkisini gizlətməyib.
Sosial şəbəkələrdə yayılan videoya "Bu həqiqətən Ece Seçkindir?" kimi şərhlər yazılıb. Sevənləri onu tanımaqda çətinlik çəkiblər.
Xatırladaq ki, sənətçi ötən ilin avqust ayında iki aylıq övladını itirib. Ece bundan sonra verdiyi açıqlama ilə gündəm olmuşdu. Belə ki, övladını itirməyi ilə bağlı danışan ifaçı "Allah dediyi olur. Həyatımın ən pis yayını keçirdim. Şükür edərək həyata tutunmağa davam edirəm" -deyə qeyd etmişdi.
Məlumat üçün bildirək ki, Ece iş adamı Çağrı Terlemezlə evlidir.
Oxşar xəbərlər
ABŞ: İranın hərbi gücü zəiflədilib, amma Hörmüz boğazına nəzarət qalır
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində İranın hərbi imkanları ciddi şək...