Dünyanın ən aktiv vulkanlarından biri püskürdü - 30 000 sakin təxliyə edilə bilər

Qvatemalada "Fuego" vulkanı püskürüb.
BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, şəhər mərkəzindən 60 kilometr uzaqlıqda yerləşən "Fuego" dünyanın ən aktiv vulkanlarından biridir.
Hazırda o əraziyə yaxın yerlərdən 300 ailə təxliyə edilib. Lakin 30 000 sakinin həyatı risk altında olduğundan onalrın da təxliyəsi düşünülür.
Səlahiyyətli şəxslər məktəblərin və bir neçə əsas yolların bağlandığını bildiriblər.
Mütəxəssislər vulkandakı partlayışdan çox ətarfdakı yaşayış yerlərinə palçıq və lava axmasından narahatdırlar.
Sonuncu dəfə bu vulkan 2023-cü ilin iyunnda püskürüb.
2018-ci ildən əvvəl baş verən püskürmədə isə 194 nəfər ölüb, 200-dən çox adam isə itkin düşüb.
Oxşar xəbərlər
İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıql...
