"Dollar Adam" ləqəbli məşhur cinayətkar öldürüldü
Mozambikli cinayətkar dəstənin başçısı Antonio Fransisko Makamamo Cənubi Afrikada keçirilən xüsusi əməliyyat zamanı polisə silahlı müqavimət göstərərkən öldürülüb.
BAKU.WS xəbər verir ki, Cənubi Afrika Polis Xidmətinin (SAPS) yaydığı açıqlamaya görə, hadisə Yohannesburq şəhərinin Kempton Park bölgəsində baş verib. Macamamo fidyə məqsədilə adam oğurluqları ilə məşğul olan dəstənin lideri kimi tanınırdı.
Əməliyyat zamanı Macamamonun dəstəsi tərəfindən qaçırılan bir iş adamı da xilas edilib.
Rəsmi məlumatlarda bildirilir ki, Makamamo həm Mozambikdə, həm də Cənubi Afrikada çoxsaylı adam oğurluğu, silahlı soyğun və avtomobil oğurluğu cinayətlərinə görə axtarışda idi. Onun "Dollar Adam" ləqəbini fidyələrin yalnız ABŞ dolları ilə ödənməsini tələb etdiyi üçün aldığı qeyd olunur.
Oxşar xəbərlər
Rusiya dizel yanacağının ixracına qadağa qoydu
Rusiya hökuməti daxili bazara tədarükü artırmaq üçün dizel yanacağının ixracına qadağa qoyub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş na...