Dini mərasim zamanı partlayışda 10 nəfər ölüb
Meksikanın Temascalçinqo bölgəsində dini mərasim zamanı pirotexniki vasitələrin partlaması faciəyə səbəb olub.
BAKU.WS xəbər verir ki, Santa-Mariya Kançesda ərazisində keçirilən tədbir zamanı kilsənin yaxınlığında saxlanılan pirotexniki vasitələr partlayıb.
Hadisə zamanı 10 nəfər həyatını itirib, 64 nəfər yaralanıb. Ölənlər arasında iki uşağın olduğu bildirilir. Yaralananlar arasında isə iki keşiş də var.
Partlayış nəticəsində kilsənin yaxınlığındakı divarlardan biri uçub. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və tibbi briqadalar cəlb olunub.
İlkin məlumata görə, pirotexniki vasitələr kilsənin anbar kimi istifadə olunan hissəsində saxlanılıb. Partlayışın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Oxşar xəbərlər
Mayamidə karqo təyyarəsi qəzaya uğrayıb: 5 nəfər ölüb
ABŞ-nin Florida ştatında kargo təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib. BAKU.WS xəbər verir ki, "Boeing 767" tipli kargo təyyarəsi Maya...