Danimarka kəşfiyyatından Rusiya ilə bağlı xəbərdarlıq
![Danimarka kəşfiyyatından Rusiya ilə bağlı xəbərdarlıq](https://baku.ws/storage/photos/uploads/thumbs/large/7BcHVyKLEc4W1Xf8LzFxAgyrDUvekPjVJcAg1YqQ.webp)
Danimarka Müdafiə Kəşfiyyat Xidməti (FE) Rusiya ilə bağlı yeni hesabat yayımlayıb.
BAKU.WS xəbər verir ki, məlumat görə, Ukraynadakı müharibə başa çatarsa və ya dondurularsa, NATO isə kifayət qədər silahlanmazsa, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.
Hesabatda qeyd olunur ki, Rusiya son illərdə hərbi texnikasını modernləşdirmək imkanlarını genişləndirib və silah istehsalını əhəmiyyətli dərəcədə artırıb. Bundan əlavə, xaricdən aldığı maliyyə və maddi dəstək hesabına NATO-ya qarşı silahlanmaq üçün kifayət qədər resursa sahibdir.
FE hazırda Danimarka üçün birbaşa hərbi təhlükə görmədiyini bildirir. Bununla belə, Rusiya regionun ən güclü hərbi qüvvəsi olaraq qalır və Prezident Vladimir Putin bu mövqeyindən imtina etmək niyyətində deyil.
Hesabatda Rusiyanın Arktika da daxil olmaqla, şimaldakı dəniz əraziləri üzərində nəzarətini gücləndirmək istədiyi vurğulanır. 2022-ci ildə qəbul edilən dəniz strategiyasına əsasən, Moskva regiondakı maraqlarını qorumaq üçün hərbi güc də daxil olmaqla, bütün vasitələrdən istifadə edə bilər.
Sənəddə Rusiyanın Qrenlandiya və Farer adalarını Avropadakı münaqişəyə cəlb etməyəcəyi bildirilib. Bu isə o deməkdir ki, Moskvanın regiondakı əsas maraqları Avropa ilə deyil, ABŞ ilə əlaqəlidir.
FE-nin hesabatına görə, Rusiya özünü Qərblə toqquşma vəziyyətində görür və NATO ilə müharibəyə hazırlaşır. Bu, müharibəyə başlamaq qərarının artıq verildiyi anlamına gəlmir, lakin Rusiya bunun üçün imkanlarını artırır.
Hesabatda qeyd olunur: "Əgər Rusiya NATO-nu hərbi cəhətdən zəif və ya siyasi baxımdan bölünmüş hesab edərsə, bir və ya bir neçə Avropa ölkəsinə qarşı regional müharibəyə başlamaq ehtimalı artacaq."
Oxşar xəbərlər
Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb
Türkiyə ordusunun PKK terrorçularına qarşı keçirdiyi əməliyyat zamanı 5 PKK terrorçusu öldürülüb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirl...
![](/images/banners/placeholder_home_right_az.jpg)