"Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi
Rusiyada "Crocus City Hall" törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə dinləmələr zamanı adı açıqlanmayan şahidin ifadəsi oxunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a məhkəmə iştirakçılarından biri bildirib.
Müttəhimlər kürsüsündə oturan 19 təqsirləndirilən şəxsin hamısı Rusiyada terrorçu kimi qeydə alınıb.
"Məhkəmədə oxunan gizli şahidin ifadəsindən məlum olub ki, terrorçuların kuratoru hücumun təşkilatçısı təşkilatçı Şəmsiddin Fariduni ilə əlaqə saxlayıb və qırğızəsilli Alişer Kasimovun ona Moskva vilayətində mənzil kirayə verəcəyini deyib. Dörd silahlı"Crocus"a hücumdan əvvəl orada yaşayıb. Şahidin sözlərinə görə, o, bu məlumatı şəxsən Faridunidən özü alıb", - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus"da terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, nəticədə 149 nəfər öldürülüb.
Oxşar xəbərlər
Venesiyada daşqın təhlükəsi: Doqquz gün ərzində rekord sayda qabarma qeydə alındı
İtaliyanın Venesiya şəhərində doqquz gün ərzində 15 yüksək qabarma qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlum...