COP31 Konfransına Prezident təyin olundu

COP31 Konfransına Prezident təyin olundu
Dünya 47

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) rəhbərlik edəcək şəxs müəyyənləşib.

BAKU.WS xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC çərçivəsində keçiriləcək COP31-in Prezidenti vəzifəsinə təyin edilib.

Rəsmi Qəzetdə dərc olunan sənəddə bildirilir ki, COP31 tədbiri 2026-cı il 9–20 noyabr tarixlərində Antalyada yerləşən EXPO sərgi mərkəzində baş tutacaq.

Qeyd olunur ki, konfrans çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha konkret və təsirli təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qəbul etməyə tam hazır olduğunu bəyan edib.

Son xəbərlər