Çinin ən yeni atom sualtı qayığı batıb
Çin Hərbi Dəniz Qüvvələrinin ən yeni atom sualtı qayığı Vuhandakı gəmiqayırma zavodunda batıb.
BAKU.WS xəbər verir ki, bu barədə Reuters agentliyi Pentaqondakı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrlərdə qeyd edildiyi kimi, hadisə mayın sonu - iyunun əvvəllərində Uhan şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda baş verib. Bundan bir qədər əvvəl sualtı qayıq dənizə çıxmazdan əvvəl təchiz olunduğu Yantze çayı üzərindəki estakada görülüb.
Tayvan 41 təyyarə və 6 Çin gəmisinin yaxınlaşmasını qeydə alıb.
Peyk görüntülərinə görə, sualtı qayığı çayın dibindən qaldırmaq üçün iyunun əvvəlində batdığı ehtimal edilən yerə kranlar göndərilib. Fövqəladə vəziyyətin nədən yarandığı və gəminin göyərtəsində nüvə yanacağının olub-olmadığı məlum deyil. Ölən və yaralananlar barədə də məlumat yoxdur.
Qeyd edək ki, Zhou sualtı qayığı Çin nüvə sualtı qayıqlarının yeni sinfinin birincisidir.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində "Hizbullah"ın hərbi obyektlərinə iki seriya zərbələr endirib. "Report" xəbər verir k...