Çin kosmosa yeni məlumat peykini buraxıb
Çin "Uzun Yürüş-3B" ("Long March-3B") raketi ilə "Tianlian-2 05" məlumat ötürücü peykini uğurla orbitə çıxarıb. Buraxılış dünən yerli vaxtla saat 23:54-də Sichan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib.
BAKU.WS Çin mediasına istinadən xəbər verir ki, peyk planlaşdırıldığı kimi problemsiz şəkildə orbitə yerləşdirilib. "Tianlian-2 05" Çin tərəfindən hazırlanmış ikinci nəsil məlumat ötürmə peyklərindən biridir. Bu peyk kosmik gəmilər, idarə olunan missiyalar və kosmik stansiyalar üçün məlumatların ötürülməsi, monitorinqi və nəzarət xidmətlərini təmin etmək məqsədilə nəzərdə tutulub. Eyni zamanda, peyk orta və aşağı orbitdəki mənbə peyklərinə də dəstək verəcək və kosmik gəmilərin buraxılış missiyalarının izlənilməsində vacib rol oynayacaq.
Qeyd edək ki, bu buraxılış "Uzun Yürüş" raket seriyasının 572-ci missiyası kimi tarixə düşüb.
Oxşar xəbərlər
Trampın İranla bağlı açıqlamaları neft qiymətlərini kəskin aşağı saldı
Fevralın 2-si, bazar ertəsi günü Tehranın və Vaşinqtonun nümayəndələrinin danışıqlara hazır olduqlarına dair açıqlamaları fonunda neft qiymətlərinin enişi sürət...