Çin hidrogen bombasını sınaqdan keçirdi
Çin yeni tipli, nüvə enerjisi istifadə etməyən hidrogen bombasını uğurla sınaqdan keçirib.
BAKU.WS iz.ru-ya istinadən xəbər verir ki, cəmi 2 kiloqram çəkisi olan partlayıcı, 1000 dərəcədən yüksək temperatur yaradaraq güclü istilik effekti göstərib.
Maqnium hidrid əsasında hazırlanan bomba, geniş ərazidə yüksək istilik yayaraq canlı qüvvə və texnikanı sıradan çıxarmaq potensialına malikdir.
Kimyəvi yanma prinsipi ilə işlədiyi üçün bu silah nüvə silahları üzrə beynəlxalq qadağalara daxil edilmir.
Ekspertlər bu bombanı yeni nəsil istilik silahlarının başlanğıcı kimi qiymətləndirirlər. Çin isə Tayvan ətrafında artan gərginlik fonunda silahlanmanı davam etdirir.
Oxşar xəbərlər
İran yığması İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib
İran yığması ABŞ və İsrailin zərbələri fonunda İtaliyadakı Paralimpiya Oyunlarında iştirakdan imtina edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, BPK həmçin...