Çin CentiSpace-1 peyklərini orbitə buraxdı
13
yan
2025
11:59
Çin şirkəti Chinarocket Jielong-3 raketi vasitəsilə 10 ədəd kiçik ölçülü CentiSpace-1 peykini uğurla orbitə buraxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Kosmik aparatlar daşıyan raket bu gün, 13 yanvar, Sarı dənizdə yerləşən platformadan start götürüb. Peyklər uğurla Yer ətrafı orbitə çıxarılıb.
Bundan əvvəl Jielong-3 raketi dəniz platformasından 2024-cü ilin sentyabrında və 2023-cü ilin dekabrında buraxılmışdı.
Dörd pilləli bərk yanacaqlı Jielong-3 raketi aşağı Yer orbitinə 1,5 tona qədər yük çatdırma qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...