Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı
Mütəxəssislər Çin istehsalı olan avtomobillərin ən həssas hissəsinin radiator sistemi olduğunu bildiriblər.
BAKU.WS xəbər verir ki, ekspertlərin sözlərinə görə, müasir avtomobillərdə istifadə olunan alüminium radiatorlar daha yüngül olsa da, zərbələrə qarşı daha həssasdır. Xüsusilə iri torlu radiator barmaqlıqları daş və metal qırıntılarının daxil olaraq sistemi zədələməsi riskini artırır.
Bildirilib ki, bu problem əsasən yüksək sürətlə hərəkət zamanı, xüsusilə yay mövsümündə şəhərlərarası yollarda daha çox müşahidə olunur. Kiçik daş parçaları belə radiatora ciddi ziyan vura bilər və bu da mühərrikin həddindən artıq qızmasına səbəb ola bilər.
Mütəxəssislər avtomobil sahiblərinə radiatoru qorumaq üçün əlavə metal qoruyucu tor quraşdırmağı və soyutma sistemini mütəmadi təmizləməyi tövsiyə edirlər. Bu tədbirlərin mümkün nasazlıqların qarşısını almaqda effektiv olduğu vurğulanır.
Oxşar xəbərlər
ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər
Məşhur aparıcı Müge Anlının proqramında 10 il əvvəl itkin düşən şəxsin doyesi yenidən açılıb. BAKU.WS xəbər verir ki, Mehmet Çabukun 2016-cı ildə öldürüldüyünə...