Çin avtomobili həvəskarlarının NƏZƏRİNƏ - Bu elementlə istehsal olunan maşınlar qadağan edildi

Çin avtomobili həvəskarlarının NƏZƏRİNƏ - Bu elementlə istehsal olunan maşınlar qadağan edildi
Dünya 107

Çin hakimiyyəti qapıların açılması üçün gizli dəstəklərlə təchiz olunan avtomobillərin istehsalını qadağan edib. Yeni tələblər ÇXR-in Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiqlənib.

BAKU.WS xəbər verir ki, bu barədə "TechCrunch" nəşri məlumat yayıb.

Yeni qaydalara əsasən, avtomobillərin baqajın arxa qapısı istisna olmaqla bütün qapılarında mexaniki açılma sistemi olmalıdır. Dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Bundan əlavə, nəqliyyat vasitələrinin salonunda da qapıların açılması üçün daxili mexaniki mexanizm mövcud olmalıdır.

Bildirilir ki, Çin hakimiyyəti dünyada ilk dəfə olaraq gizli qapı dəstəklərinin yaratdığı təhlükəsizlik probleminə ciddi yanaşıb. Bu tip dəstəklərə malik avtomobillərdə qəza zamanı elektron sistemlərin sıradan çıxması səbəbindən bir çox sürücü və sərnişin avtomobildə kilidli vəziyyətdə qalır.

Qeyd olunur ki, gizli qapı dəstəkləri uzun müddət "Tesla" avtomobillərinin əsas dizayn xüsusiyyətlərindən biri hesab olunub.

Bundan əvvəl "Bloomberg" agentliyi yazmışdı ki, "Tesla" sahibləri avtomobildə şüşələri sındırmaq üçün fövqəladə çəkiclər almağa başlayıblar. Elektron qapı mexanizmlərinin nasazlığı səbəbindən insanların avtomobildə tələyə düşdüyü hallar qeydə alınıb.

Bloomberg-in araşdırmasına görə, 2018-ci ildən bəri ABŞ-nin tənzimləyici qurumlarına "Tesla" qapı dəstəklərinin ilişməsi ilə bağlı 140-dan çox şikayət daxil olub.

Son xəbərlər