ChatGPT-yə səsli danışıq funksiyası əlavə olundu

ChatGPT-yə səsli danışıq funksiyası əlavə olundu
Dünya 15

OpenAI, ChatGPT-nin səsli danışıq xüsusiyyətini birbaşa mətn söhbətinə inteqrasiya edib. Artıq istifadəçilər eyni pəncərədə həm yazaraq, həm də danışaraq ünsiyyət qura biləcəklər. Ayrı bir rejimə keçməyə ehtiyac yoxdur.

BAKU.WS xəbər verir ki, istifadəçi söhbətə mətnlə başlaya və istəsə, səsi aktivləşdirib davam edə bilər. Bu imkan xüsusilə məşğul olan və yazmağa vaxt tapmayanlar üçün rahatlıq yaradır.

Yeni yeniləmə ilə əvvəlki kimi mətn və səs rejimi arasında keçid tələb olunmur. Söhbət pəncərəsi foto, sənəd və digər faylların yüklənməsini dəstəkləməyə davam edir.

OpenAI səsli funksiyanı iki il əvvəl istifadəyə vermişdi. Son yeniləmə isə bu funksiyanın mətn söhbəti ilə birləşdirilərək daha rahat istifadəsini təmin edir.

Son xəbərlər