ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu

ChatGPT 1 milyard aylıq istifadəçiyə çatan ən sürətli tətbiq oldu
Dünya 3

OpenAI-nin hazırladığı ChatGPT daha bir mühüm rekorda imza atıb.

BAKU.WS xəbər verir ki, Sensor Tower analitik şirkətinin məlumatına əsasən, platforma 2026-cı ilin may ayında 1 milyard aylıq aktiv istifadəçi həddini keçərək bu göstəriciyə ən qısa müddətdə çatan tətbiq olub.

Məlumata görə, ChatGPT bu nəticə ilə Google Maps, TikTok, Instagram və YouTube kimi məşhur platformaları geridə qoyub.

Hesabatda qeyd olunur ki, süni intellekt bazarında rəqabət getdikcə güclənir. OpenAI istifadəçi sayı baxımından lider mövqeyini qorusa da, Anthropic şirkətinin Claude platforması artım tempinə görə diqqət çəkir. 2026-cı ilin ikinci rübündə Claude-un aylıq aktiv istifadəçi sayı 56 milyona çatıb və platforma son bir ildə 640 faiz artım nümayiş etdirib. Eyni dövrdə ChatGPT-nin illik istifadəçi artımı 62 faiz olub.

Bundan əlavə, məlumatda OpenAI və Anthropic şirkətlərinin yaxın dövrdə IPO (birjaya çıxış) prosesinə hazırlaşdığı da bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər