Cevdet Yılmaz: Türkiyə Venesuela xalqının yanında olmağa davam edəcək
04
yan
2026
18:56
Türkiyə Respublikası olaraq Venesuela böhranında hüququn, milli iradəyə hörmətin və Venesuela xalqının yanında olmağa davam edəcəyik.
BAKU.WS xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunaraq ölkədən çıxarılmasına münasibət bildirən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə Venesuela xalqının yanında olacaq. "Bütün tərəflərlə dialoq içində sabitliyi müdafiə etməyə davam edəcəyik", - C. Yılmaz bildirib.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...