CENTCOM: İrana qarşı hücumların yeddinci gecə mərhələsi başa çatıb
18
iyl
2026
09:13
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hücumların yeddinci gecə mərhələsinin başa çatdığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi bəyanatda məlumat verilib.
Bildirilib ki, əməliyyatlar zamanı ABŞ qüvvələri qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər vasitələrdən istifadə etməklə müşahidə məntəqələrini, hərbi logistika obyektlərini, yeraltı silah anbarlarını və dənizdəki hədəfləri vurub.
CENTCOM əlavə edib ki, İran limanlarına tətbiq olunan dəniz blokadası hazırda da davam etdirilir.
Oxşar xəbərlər
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarını bölgədəki mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb. Amerikalılara uçuşlar...