Cennifer Lopez məhkəməlik oldu - Hər fotosu üçün 150 000 dollar istəyirlər
Məşhur müğənni Cennifer Lopez sosial şəbəkədə şəkillərini paylaşdığı üçün məhkməyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Qeyd edilib ki, o dəvət aldığı qonaqlıqlardan birindən lentə alınan şəkillərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Bundan sonra sənətçinin müəllif hüquqlarına zidd addım atdığı bildirilib və o məhkəməyə verilib.
Sözügedən qonaqlıq "Qızıl Qlobus" mükafatları mərasimindən əvvəl "Vanity Fair"in təşkil etdiyi dəvətdir.
Şəkili çəkən fotoqraf Eduin Blanko və onun əməkdaşlıq etdiyi "Backgrid" şirkəti hər foto üçün Lopezdən 150 000 dollar tələb edir.
Fotolar sənətçinin qonaqlığa daxil olduğu anda lentə alınıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış ü...