Cennifer Enistonu təqib edən şəxs dəli imiş
Hollivud ulduzu Cennifer Enistonu təqib edən şəxsin dəli olduğu ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, artıq Cimmi Veyn Cennifer Enistonu təqib etdiyinə görə məsuliyyət daşımayacaq
Buna səbəb 48 yaşlı amerikalınnı dəli olduğunun təsdiqini tapmasıdır. Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Cimmi iki il Enistonu təqib edib.
O, əvvəlcə sosial şəbəkələrdə ona çoxsaylı səsli mesajlar və məktublar göndərib.
2025-ci il mayın 5-də avtomobili ilə müğənninin evinə daxil olub. Onu üç ilə qədər həbs cəzası gözləyirdi.
Lakin hakim bəraət hökmü çıxarıb. Onun əqli cəhətdən qüsurlu olduğuna qərar verib.
Eyni zamanda, Cimmi özü də günahını etiraf etməyib.
Xatırladaq ki, Cennifer Enistonun təqib olunması bu yaxınlarda məlum olub.
Oxşar xəbərlər
Ən cəlbedici qadınlar bu ayda doğulur
Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...