Cem Yılmaz otel yanğınından yazdı: "Fəlakət xəbəri olmayan günümüz, həftəmiz yoxdur"

Aktyor və komediyaçı Cem Yılmaz sosial şəbəkədə Türkiyədəki otel yanğını ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi bu yanğının ağılasığmaz hadisə olduğunu bildirib. O həyatını itirənlərin yaxınlarına başsağlığı verib:
"Başımız sağolsun! Fəlakət xəbəri olmayan günümüz, həftəmiz yoxdur. Həyatını itirənlərə Allahdan rəhmət, sağ qalanların ailələrinə isə səbr diləyirəm. Bir otel yanğına bu qədər hazırlıqsız yaxalana bilməz. Qəbul edilməz hər şeyə öyrəşdik. Allah səbr versin".
Xatırladaq ki, yanvarən 21-də Bolu Kartalkaya xizək mərkəzində Grand Kartal otelində baş verən yanğında 79 nəfər həyatını itirib. Bununla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
ABŞ-də ambulans helikopteri magistrala düşdü; 3 nəfər ağır yaralandı
ABŞ-nin Kaliforniya ştatında xidmət göstərən bir hava ambulansı helikopteri magistrala düşüb. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Sacramento şəhəri...
