Canlı yayımda kosmetika yeyən qız ÖLDÜ
Tayvanda kamera qarşısında kosmetik məhsullar yeyən bloger ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, internetdə "Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib. O, kamera qarşısında dodaq boyası və ənliklər yeyib.
Kosmetikanın yeyilə biləcəyinə şübhə edən bir çox istifadəçi onun videolarından şoka düşüb.
Mayın 24-də "Guava Beauty"nin profilində qızın qəfil öldüyünü göstərən paylaşımlar edilib. Daha sonra ailəsi onun ölümünü elan edən bəyanat yayımlayıb.
Mərhumun abunəçiləri onun kimyəvi zəhərlənmədən ölə biləcəyinə inanırlar.
Qalereya
Oxşar xəbərlər
ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər
Məşhur aparıcı Müge Anlının proqramında 10 il əvvəl itkin düşən şəxsin doyesi yenidən açılıb. BAKU.WS xəbər verir ki, Mehmet Çabukun 2016-cı ildə öldürüldüyünə...