Bu telefonlar il sonuna kimi TARİX OLACAQ
Texnologiya şirkəti "Samsung"un Galaxy A03s, A52s, F42 5G və M32 5G-də daxil olmaqla bəzi məşhur modelləri il sonuna qədər işləməyəcək.
BAKU.WS xəbər verir ki, bunun üçün mobil şirkət proqram təminatı və təhlükəsizlik yeniləmələri dəstəyini dayandıracaq.
İlk dəfə satışa çıxarıldığı zaman əlverişli qiymətləri və performansı ilə diqqət çəkən bu modellər fiziki olaraq istifadəyə yararlı qalacaq.
Cihazlar hələ də istifadəyə yararlı olsa da, təhlükəsizlik baxımından səmərəli deyil.
Bununla yanaşı "Samsung" həmçinin indi də bəzi ölkələrdə geniş istifadə olunan Galaxy modelləri üçün yeniləmə dəstəyini rəsmi olaraq dayandırıb.
Mütəxəssislər bildirirlər ki, yeniləmə dəstəyi bitmiş cihazlar hələ də istifadə edilə bilər, lakin təhlükəsizlik və performans baxımından uzunmüddətli risklər yarada bilər.
Oxşar xəbərlər
Xorvatiya prezidenti Avropa Komissiyasının rəhbərini tənqid edib
Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen onun üçün siyasi avtoritet hesab olunmur. BAKU.WS xəbər ve...