Bu qadınların milyardlarla dollar sərvəti var - SİYAHI
Prestijli "Forbes" jurnalı 2025-ci ildə ABŞ-nin ən varlı məşhur qadınların siyahısını açıqlayıb. Adlar arasında müğənnilər Rihanna, Beyons, Teylor Svift, Selena Qomez kimi tanınmış simalar var.
BAKU.WS sözügedən siyahını təqdim edir:
Birinci pillədə məşhur aparıcı Opra Uinfri qərarlaşıb. Onun sərvəti 3.1 milyard dollardır.
İkinci və üçüncü yerləri Teylor Svift və Rihanna paylaşır. Onların sərvəti 1,6 milyard və 1 milyard dollar təşkil edir.
Dördüncü yerdə popun kraliçası Madonna qərarlaşıb. Onun sərvəti 850 milyon dollardır.
Siyahıda beşinci pillədə məşhur müğənni Beyons var. Onun sərəvti isə 780 milyon dollardır.
Altıncı yerdə isə 700 milyon dollarla Selena Qomez qərarlaşıb.
Oxşar xəbərlər
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Ermənistanda parlament seçkiləri ilə bağlı səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 m...