Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Mesikada daşqınlar nəticəsində ölənlərin sayı artıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə üzrə Milli Koordinasiya İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən həftədən başlayaraq davam edən tropik fırtına nəticəsində Prisilla və Raymond əyalətlərində daşqınlardan ölənlərin sayı 64-ə yüksəlib.
Bu ölkənin Verakruz, Puebla, Hidalqo, Queretaro və San Luis Potosi kimi əyalətlərini də əhatə edib.
Meksika prezidenti Klaudiya Şeynbaum daşqınlardan əziyyət çəkənlər üçün xüsusi komissiyaların və qrupların yaradıldığını bildirib.
"Ehtiyacı olanlara geyim, gigiyena məhsulları, içməli su və qida yardımını daha sürətli çatdırmaq üçün əyalətlərə yeni qruplar göndərdik. Bütün ürəyimizi və canımızı bərpa səylərinə sərf edəcəyik və fəlakət qurbanlarını dəstəkləyəcəyik" -deyə Meksika dövlət başçısı qeyd edib.
Xatırladaq ki, son illər Meksikada yaşanan daşqınlarda 250 000 vətəndaş zərər görüb, 50 000-dən çox ev isə yarasız hala düşüb.
Qalereya
Oxşar xəbərlər
Rusiya hökuməti WhatsApp-a tam bloklanma ilə hədələyib
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "WhatsApp" messencerinə qarşı məhdudl...