Bu ölkədə "M çiçəyi" virusuna yoluxma qeydə alındı
Afrika ölkəsi olan Namibiyada "M çiçəyi" virusu aşkar edilib.
BAKU.WS xəbər verir ki, Namibiya Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin yaydığı açıqlamada virusun ölkənin qərbində yerləşən Svakopmundda yayıldığı qeyd edilib.
Virusa yoluxan şəxs Svakopmund Xəstəxanasına yerləşdirilib və səhhəti stabil olaraq qalıb.
Bu virus insanlara siçovullardan və ya sincablardan keçir. Paltara, çarpayıya bulaşaraq insan bədənində yayılır.
Əlamətləri 5-21 gün arasında ortaya çıxır. Baş ağrısı, qızdırma, boğazda şişkinlik və su çiçəyinə bənzər qabarcıqlar yaranır.
Xüsusi müalicə metodu olmadığından hələ ki, ona qarşı sadə preparatlardan istifadə edilir.
Oxşar xəbərlər
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər n...