Bu ölkədə koronavirusdan hər həftə 300 vətəndaş ölür
ABŞ-də koronavirusla bağlı qorxunc statistika açıqlanıb.
BAKU.WS xəbər verir ki, məlumatlara görə, 2020-ci ildən 5 il ötməsinə baxmayaraq hər həftə 300-dən artıq vətəndaş koronavirus səbəbilə həyatını itirir.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Qeyd edilib ki, bu ilin aprel ayında hər həftə 300-dən artıq şəxs bu virusdan ölüb.
Həkim və professor Qriqori Poland bildirib ki, bu insanların həyatını itirməyi insanların bir çoxunun peyvəndlənməməsi ilə əlaqədardır.
Mütəxəssislər onu da vurğulayıblar ki, COVID-19 pandemiyadan əvvəlki kimi ölümcül deyil, lakin yaşlılar, immuniteti zəifləyən şəxslər və xroniki xəstəlikləri olan insanlar üçün hələ də ciddi təhlükə yaradır.
Onlar virusun xüsusilə yüksək risk qrupları üçün təhlükə yaratmağa davam etdiyini xatırladıblar.
Oxşar xəbərlər
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər n...