Bu müsəlman ölkəsində qurban kəsimi QADAĞAN EDİLDİ
Mərakeş hökuməti Qurban bayramı ərəfəsində heyvanların satışını və kəsimini dayandırıb. Buna səbəb ölkədə davam edən quraqlıq və heyvan sayının azalmasıdır.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, ölkədə heyvan bazarları bağlanıb. Qurban bayramı ilə bağlı bütün ticarət fəaliyyəti müvəqqəti dayandırılıb. Bəzi bölgələrdə qanunsuz satışlara qarşı nəzarət gücləndirilib.
Məlumatlara görə, son 7 ildə heyvan sayı 38% azalıb. Yağıntı miqdarı da normadan 53% aşağıdır.
Mərakeş Kralı VI Məhəmməd xalqı bu il qurban kəsməməyə çağırıb. O, bu ibadətin xalq adından simvolik şəkildə yerinə yetiriləcəyini bildirib.
Qeyd edək ki, ölkədə əvvəllər də – 1963, 1981 və 1996-cı illərdə – oxşar çağırışlar edilmişdi.
Oxşar xəbərlər
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Ermənistanda parlament seçkiləri ilə bağlı səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 m...