Bu gün "Avroviziya 2025" başlayır, ölkəmizi "Mamagama" qrupu təmsil edəcək

Bu gün İsveçrənin Bazel şəhərində dünyanın ən prestijli yarışmalarından olan "Avroviziya 2025" start götürəcək.
BAKU.WS xəbər verir ki, 69-cu dəfə keçiriləcək müsabiqənin ilk yarımfinalı yerli vaxtla saat 23:00-da başlayacaq.
Ölkəmizi "Mamagama" qrupu "Run With U" mahnısını ilə təmsil edəcək.

Onlar yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaqlar. Qrup üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdur.

Builki Avroviziya yarışmasında ilk dəfə xarıbülbül detalı da olacaq. Belə ki, "Mamagama"nın üzvü Asəf Mişiyevin geyim aksessuarında Xarıbülbül şəkili əks olunub.

Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.
Bu il Moldova yarışmada iştirak etmir. Ölkə iqtisadi çətinliyə görə normal mahnı təqdim edə bilmədiyi üçün yarışmaya qatılmayacaq.
Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Oxşar xəbərlər
Ancelina Coli onlara "Qızıl Palma" təqdim edəcək
Hollivud ulduzu Ancelina Coli bu il keçiriləcək Kann Film Festivalında mükafat təqdim edəcək. BAKU.WS xəbər verir ki, o mötəbər festivalda aktyorlar Marie Kolom...
