Bu ərazidə yeni dəniz yaranır

5-10 milyon ildən sonra Afrika qitəsində yeni dəniz yarana bilər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı geoloq Stanislav Zavaçki paylaşıb.
Geoloq bildirib ki, Şərqi Afrika yarığı ərazisində gələcəkdə yeni dənizin yarana biləcəyi yarğan əmələ gəlir. Bu bölgə, bəzi alimlərin fikrincə, bəşəriyyətin doğulduğu yer hesab olunur.
Zavaçki hesab edir ki, nəhəng şaxələnmiş çat Afrikanın doqquz dövlətinin ərazilərinə - Efiopiyadan Mozambikə qədər uzanacaq.
Alim qeyd edib ki, çatın su ilə doldurulması "bütün yer üzündəki həyat üçün xilas" olacaq. Yer qabığının quru çatlaması qlobal fəlakətə səbəb ola bilər, çünki bu proses aktiv vulkanik hadisələrlə müşayiət olunacaq.
O, Sibirdə təxminən 250 milyon il əvvəl baş vermiş maqmatik "daşqını" xatırladıb. Sonra planetin "turşulaşması" Perm dövrünə səbəb oldu, nəticədə dəniz növlərinin 96-98 faizi və quru növlərinin 90 faizi yox oldu - alim hesab edir ki, oxşar proseslər Şərqi Afrikanı təhdid edə bilər.

Oxşar xəbərlər
KİV: Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə 54 fiziki şəxs və 14 şirkət daxil edilə bilər
Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir. BAKU...