Brüs Uillis uzun fasilədən sonra ilk dəfə görüntüləndi
Məşhur Hollivud aktyoru Brüs Uillis uzun müddətdən sonra ictimaiyyət qarşısında görüntülənib.
BAKU.WS Xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor aprelin 1-də Los Anceles şəhərində avtomobildə olarkən kameralara tuş gəlib. Onun yanında yaxın dostunun olduğu bildirilir. Jurnalistlər aktyorun gülümsədiyini və yaxşı əhvalda göründüyünü qeyd ediblər.
Daha əvvəl aktyorun həyat yoldaşı Emma Heminq açıqlamasında bildirib ki, Uillis frontotemporal demensiya ilə mübarizə aparır. Onun sözlərinə görə, aktyor hələ də ailə üzvlərini tanıyır, lakin danışmaq qabiliyyəti getdikcə zəifləyir.
Qeyd edək ki, əvvəlcə aktyora afaziya diaqnozu qoyulsa da, sonradan bu diaqnozun dəyişdirildiyi və xəstəliyin daha ağır forması, frontotemporal demensiya olduğu açıqlanıb. Bu xəstəlik zamanla yaddaş və idrak funksiyalarının itirilməsi ilə müşayiət olunur.
Oxşar xəbərlər
Xərçəng riskini artıran gizli səbəb aşkarlandı
Fransalı alimlər xərçəng riskini artıran gizli səbəb aşkarlayıblar. BAKU.WS xəbər verir ki, pestisidlərə (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratları,...