Britaniyada 10 nəfərə aid vikinq qalıqları tapılıb

Britaniyada 10 nəfərə aid vikinq qalıqları tapılıb
Dünya 55

Böyük Britaniyanın Kembric şərinin kənarında 10 nəfərə aid vikinq qalıqları tapılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Kembric Universitetinin arxeologiya ixtisası üzrə təhsil alan tələbələri tərəfindən aşkarlanıb.

Onlar əsasən gənc kişilərə məxsus sümüklər aşkar ediblər. Qalıqlardan bəzilərinin bağlı vəziyyətdə olduğu, bir vikinqin isə başının olmadığı müəyyən edilib.

Tapıntılar arasında boyu 1,9 metrdən artıq olan bir kişiyə aid skelet xüsusilə diqqət çəkib. Qeyd olunur ki, vikinq dövründə bu qədər hündürboylu insanların doğulması nadir hal idi. Həmin skeletdə kəllə sümüyünün trepanasiyası yəni kəllədə cərrahi müdaxilə izləri də aşkarlanıb.

Universitet əməkdaşlarının ehtimalına görə, qalıqları tapılan şəxslərdən bir neçəsi ölümə məhkum edilib. Onlar əvvəlcə fiziki cəzalara məruz qalıb, daha sonra isə quyuya atılıblar. Digər vikinq qalıqlarının isə döyüşlər zamanı həlak olan şəxslərə aid olduğu güman edilir.

Alimlərin fikrincə, parçalanmış qalıqların bir hissəsi ictimaiyyətə nümayiş etdirilərək qənimət kimi sərgilənib, daha sonra isə eyni quyuya atılıb. Qalıqlar eramızın IX əsrinə aid edilir.

Son xəbərlər