Britaniya Ukrayna hərbçilərinin hazırlığına 333,5 milyon dollar xərcləyəcək

Britaniya Ukrayna hərbçilərinin hazırlığına 333,5 milyon dollar xərcləyəcək
Dünya 35

Böyük Britaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlığı üçün Krallığın Silahlı Qüvvələrinin proqramı çərçivəsində 247 milyon funt sterlinq (333,5 milyon ABŞ dolları) xərcləməyi planlaşdırır.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

"Britaniya Interflex əməliyyatı çərçivəsində Ukrayna əsgərlərinin hazırlığı üçün əlavə olaraq 247 milyon funt sterlinq ayıracaq. Həmçinin, ölkə 2025-ci ildə Ukraynaya 140 min artilleriya mərmisi göndərib", – deyə məqalədə qeyd olunur.

Nəşr həmçinin vurğulayır ki, Böyük Britaniya il ərzində Ukraynaya 100 min pilotsuz uçuş aparatı (PUA) verməyi planlaşdırır. Bu, ötən illə müqayisədə 10 dəfə çoxdur.

Ukrayna tərəfi isə 2025-ci ildə tərəfdaş ölkələrdən 3 milyon mərmi almaq istədiyini bildirib.

Son xəbərlər