Britaniya nüvə silahını modernləşdirəcək
Böyük Britaniya nüvə başlıqlarının arsenalını modernləşdirmək üçün 15 milyard funt sterlinq ayıracaq.
Bu barədə ölkənin Baş naziri Kir Starmer "Sky News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu modernləşdirmə gələcək onilliklər üçün nüvə caydırıcılığını təmin etmək məqsədi daşıyır.
Starmer əlavə edib ki, proqram nüvə qüvvələrinin tarixi yenilənməsinin bir hissəsi olacaq və 9 min yeni iş yeri yaradacaq.
Baş nazir həmçinin deyib ki, Britaniya Avropada artan gərginlik fonunda silahlı qüvvələrinin döyüş qabiliyyətini təmin etmək üçün müdafiə xərclərini də artırır.
Oxşar xəbərlər
Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu noyabrın ortalarında Əbu-Dabidə baş tuta bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...