Britaniya 2027-ci ildə mümkün müharibəyə ciddi hazırlaşır

Britaniya 2027-ci ildə mümkün müharibəyə ciddi hazırlaşır
Dünya 96

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Roland Uoker bildirib ki, Birləşmiş Krallıq 2027-ci ildə baş verə biləcək potensial müharibəyə hazırlıq çərçivəsində quru qoşunlarının yenidən təşkili ilə məşğul olacaq.

BAKU.WS xəbər verir ki, onun sözlərini "UK Defence Journal" yayıb.

"Biz 2035-ci ilə qədər ideal bir ordu gözləyə bilmərik. Hazırda malik olduğumuz ordunu transformasiya etməliyik. Məqsədim 2024-cü illə müqayisədə 2027-ci ilə qədər döyüş qabiliyyətimizi iki dəfə, 2030-cu ilə qədər isə üç dəfə artırmaqdır", - deyə Uoker vurğulayıb.

O, dünyanın bu gün üzləşdiyi təhdidləri "təhlükəli" adlandırıb. Baş Qərargah Ukraynadakı münaqişəyə toxunaraq Rusiyanın daha geniş strateji məqsədlər güddüyünü bildirib.

"Putinin məqsədi son 80 il ərzində sülhü qoruyan transatlantik təhlükəsizlik razılaşmasını dağıtmaqdır", - deyə Britaniya Silahlı Qüvvələrinin rəhbəri əlavə edib.

Oxşar xəbərlər

Dünyədə tək yaşayan insanların ən çox olduğu ölkələr

Dünyədə tək yaşayan insanların ən çox olduğu ölkələr

Dünyada tək yaşayan insanların sayı son illərdə artmaqdadır. Bu trend xüsusilə yüksək gəlirli, şəhərləşmiş ölkələrdə çox müşahidə edilir. Tək yaşayanların çoxlu...

84 Dünya 23:46 11 fevral 2026

Son xəbərlər