Bred Pitt keçmiş həyat yoldaşı ilə eyni filmə çəkiləcək
Hollivud ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Cennifer Enistonla eyni filmdə çəkiləcək.
BAKU.WS xəbər verir ki, keçmiş cütlüyün eyni filmdə çəkiləcəyi ilə bağlı məlumat "SAG mükafatları" mərasimində yayılıb.
Onların eyni ekran işində rol alacağı Hollivudda səs-küyə səbəb olub.
"Radar Online"ın məlumatına görə, Brad uzun müddətdir Cennifer ilə film layihəsi haqqında danışır, amma Cennifer ona qarşı çıxır. O, öz layihələrinə diqqət yetirir və Coli ilə Pittin boşanma prosesinə qarışmaq istəmir.
Xatırladaq ki, Cenniferlə Bred 2000-ci ildə evlənib. Cütlük 2005-ci ildə ayrılıb. Onların ayrılıq səbəb Bredin həmin vaxt eyni filmə çəkildiyi Ancelinaya aşiq olduğu göstərilir.
Oxşar xəbərlər
Suriyada dəhşətli avtobus qəzası: Çox sayda ÖLƏN VƏ YARALILAR VAR
Suriyanın şərqində iki sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 35 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dər...