Braziliya AZAL təyyarəsinin qara qutularının deşifrəsini başa çatdırıb
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və İnformasiya Mərkəzinin əməkdaşları "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramış qara qutularının şifrəsini açıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, artıq məlumatlar toplanıb və yoxlanılıb.
Məlumatda deyilir ki, hər iki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması prosesi başa çatıb.
Braziliya artıq aldığı məlumatı Qazaxıstana göndərib. İndi orada məlumatlar öyrəniləcək.
Xatırladaq ki, Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...