Böyük Britaniya rusiyalı generala sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarını sanksiyalar siyahısına daxil edib.
BAKU.WS xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar həmçinin qoşunların komandanı general-leytenant İqor Kirillovu, Moskva şəhərində yerləşən Rusiya Müdafiə Nazirliyinin 27-ci elmi mərkəzini və 33-cü Mərkəzi Elmi-Tədqiqat Sınaq İnstitutunu da əhatə edib.
Britaniya Xarici İşlər Nazirliyi bu qərarını Ukraynada kimyəvi silahdan, o cümlədən xlorpikrindən istifadə edilməsi ilə əsaslandırıb.
Rəsmi London Rusiyanı Kimyəvi Silahların Qadağan Olunması Konvensiyasını pozmaqda günahlandırıb və bunun dərhal dayandırılmasını tələb edib.
Böyük Britaniyanın XİN rəhbəri Devid Lemmi isə bildirib ki, Rusiya tərəfindən həyata keçirildiyi iddia olunan zərərli fəaliyyətlərə qarşı mübarizəni öz şəxsi missiyası kimi qəbul edir. Nazir Moskvanın əleyhinə daha sərt sanksiyalar tətbiq olunacağını da vurğulayıb.
Oxşar xəbərlər
Kerem Alışık təsirləndirdi: "Anan yoxdursa, kimsən yoxdur!"
Məşhur aktyor Kerem Alışık təsirli paylaşımı ilə hamını kədərləndirib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında illər əvvəl vəfat edən anası Çolpan İ...