Böyük Britaniya İranın yüksəkvəzifəli şəxslərinə sanksiyalar tətbiq etdi
Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirərək təhlükəsizlik və məhkəmə orqanlarının üzvlərinə məhdudiyyətlər tətbiq edib.
Oxu.Az-ın məlumatına görə, Britaniya hökumətin öz veb-saytında yenilənmiş "qara siyahını" dərc edib.
Xüsusilə, İran hüquq-mühafizə orqanlarının əməkdaşlarına, daxili işlər naziri Əskəndər Momeniyə və Lurestan əyalətinin polis rəisi Məhəmməd Rza Haşemifərə məhdudiyyətlər tətbiq edilib.
Bundan əlavə, şəhər polis rəisi Nur Əhməd Əmini, Rəşt hakimləri Əhməd Dərviş Qoftar və Mehdi Rasahi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun yüksəkvəzifəli rəsmisi Məhəmməd Zamani Birləşmiş Krallığa giriş qadağasına və aktivlərin dondurulması (aşkar edildikdə) da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
London sanksiya siyahısındakı şəxslərin İranda insan haqlarının pozulmasında iştirak etdiyini iddia edir.
Oxşar xəbərlər
ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı
Çərşənbə axşamı ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı 18 nəfər həlak olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam Respu...