Bolqarıstanda silah fabrikində partlayış
04
iyl
2025
10:07
Bolqarıstanın Kazanlık şəhərində yerləşən "Arsenal" silah fabrikində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb və daha sonra həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Eski Zağara bölgəsinin polis rəisi Xristo Xristov məlumat verib. Onun sözlərinə görə, partlayış fabrikdə yerləşən sexlərin birində baş verib.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...