Bolqarıstanda böyük etiraz - Hökumət istefa verdi
Bolqarıstanda büdcə layihəsi və korrupsiya iddialarına etiraz olaraq keçirilən kütləvi aksiyalar hökumətin istefası ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, hökumətin təqdim etdiyi büdcə layihəsi və artan korrupsiya ittihamları ölkə üzrə genişmiqyaslı xalq hərəkatına çevrilib. Paytaxt Sofiya başda olmaqla bir çox şəhərdə milyonlarla insan küçələrə çıxaraq hökumət əleyhinə etiraz edib.
İki gün davam edən aksiyalara milyonlarla vətəndaşın qatıldığı bildirilir. Etirazçılar xalqın maraqlarını nəzərə almayan büdcə siyasətinin geri götürülməsini, eləcə də korrupsiya iddialarının müstəqil şəkildə araşdırılmasını tələb ediblər.
Artan ictimai təzyiq fonunda Bolqarıstan hökuməti etirazların ikinci günündə istefa vermək məcburiyyətində qalıb. İstefa xəbəri meydanlarda toplaşan kütlə tərəfindən alqışlarla qarşılanıb.
Hökumətin gedişindən sonra ölkədə erkən seçkilər və keçid hökumətinin formalaşdırılması məsələləri gündəmə gəlib. Etirazçılar isə tələblərinin icrasını izləməyə davam edəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Trampdan mühüm sərəncam - Dünyanın düzəni dəyişə bilər
ABŞ Prezidenti Donald Tramp ölkədə hər il on minlərlə insanın ölümünə səbəb olan fentanili rəsmi olaraq "kütləvi qırğın silahı" kimi tanıyan sərəncam imzalayıb....