Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub
08
yan
2025
22:43
Boliviyada keçən ilin noyabrından bəri baş verən daşqınlar nəticəsində azı 16 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes məlumat verib.
Onun sözlərinə görə, daşqınlar nəticəsində 16 013 ailə zərər çəkib, 335 evə ziyan dəyib, 194 ev dağılıb, 16 nəfər həlak olub.
Kalvimontes bildirib ki, ölkənin doqquz departamentində çayların sahillərini aşması təhlükəsi qalmaqdadır.
Daşqınlara səbəb olan güclü yağışlar zamanı səlahiyyətlilər 18,3 ton humanitar yardım paylayıb.
Oxşar xəbərlər
Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür
Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...