BMT Qəzzaya ərzaq tədarükünü 560 tona qədər artırıb
BMT-nin Ümumdünya Ərzaq Proqramı atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağına gündəlik ərzaq tədarükünü 560 tona qədər artırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu proqramın nümayəndəsi Abir Etefa Cenevrədə keçirilən brifinqdə bildirib.
"Qəzzaya gündəlik təqribən 560 ton ərzaq çatdırmağımıza baxmayaraq, hələ də bizə lazım olan hədəf göstəricisindən aşağıdayıq", - o qeyd edib.
Nümayəndənin sözlərinə görə, atəşkəs rejiminin qüvvəyə mindiyi vaxtdan oktyabrın 15-nə qədər Fələstin anklavına təxminən 2 800 ton ərzağın yükləndiyi 230-a yaxın yük maşını gəlib. Ərzaq Qəzzanın cənub və mərkəzi hissələrindəki "Kerem-Şalom" və "Kisufim" keçid məntəqələri vasitəsilə çatdırılır.
Oxşar xəbərlər
Danimarka tarixində ən isti gün qeydə alınıb
Danimarkada iyunun 27-də son 150 ilin ən yüksək temperaturu - 37°C qeydə alınıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat ya...