BMT: Müharibə nəticəsində İranda 3,2 milyon insan didərgin düşüb
Müharibə nəticəsində İranda 3 milyon insan didərgin düşüb.
BAKU.WS "The Times of Israel"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
Bildirilib ki, Yaxın Şərq müharibəsi təxminən iki həftə əvvəl başlayandan bəri İranda 3,2 milyon insan yaşadığı yerdən didərgin düşüb.
BMT-nin Yaxın Şərq fövqəladə halları üzrə qaçqınlara cavab koordinatoru olan Ayaki İto qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, davam edən münaqişə nəticəsində 600 000 ilə bir milyon arasında İran ailəsi müvəqqəti olaraq İran daxilində köçkün düşüb ki, bu da 3,2 milyona qədər insan deməkdir.
O, açıqlamasında bildirib ki, hərbi əməliyyatlar davam etdikcə bu rəqəmin artmağa davam etməsi ehtimalı var.
Ayaki İto rəqəmlər artması humanitar ehtiyacların narahatedici şəkildə artmasına gətirib çıxaracaq.
İranın hücumları nəticəsində Körfəz ölkələrində və İsraildə evlərini tərk edən insanların sayı barədə heç bir məlumat yoxdur.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...