BMT-dən Suriyaya 1,3 milyard dollarlıq yardım
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) baş katibinin müavini Abdallah Dardari Suriyada infrastrukturun yenidən qurulmasına dəstək məqsədilə 3 il ərzində 1,3 milyard dollar yardım göstərməyi hədəflədiklərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Dardari bildirib ki, Suriyaya yatırım qoymaq qlobal ictimai fayda kimi qiymətləndirilir: "Suriya üçün hazırladığımız 3 illik ümumi plan 1,3 milyard dollardır. Bu, sadəcə bir rəqəm deyil, bütün dəstək elementlərini əhatə edən genişmiqyaslı bir strategiyadır".
Onun sözlərinə görə, bu yardım süni intellekt tətbiqlərinin təşviqi, sosial müdafiə proqramlarının yaradılması və infrastrukturun yenidən qurulması kimi sahələri əhatə edə bilər.
Dardari əlavə edib ki, gələn həftə ABŞ-də keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantılarının kənar sessiyalarında Suriyaya həsr olunmuş "dəyirmi masa" müzakirəsi də təşkil olunacaq.
Oxşar xəbərlər
Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır
Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələş...