Blinken: ABŞ Suriyada İŞİD-in dirçəlməsinə yol verməməkdə maraqlıdır
ABŞ və onun tərəfdaşları Suriyada "İslam Dövləti"nin (İŞİD) gücünün bərpa olunmasına yol verməmək üçün işləyirlər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Bizim Suriyada təhlükəsizliyə, xüsusilə də İŞİD-in gücünü bərpa etməməsi və geri qayıtmamasına dair marağımız var", - o qeyd edib.
Qeyd dək ki, ötən həftə Suriyada hökumət əleyhinə qüvvələr İdlib və Hələb əyalətlərində hücuma keçiblər. Onlar bir sıra yaşayış məntəqələrini tez bir zamanda nəzarətə götürə biliblər.
Öz növbəsində Suriya KİV-ləri xəbər verib ki, ölkə qoşunları Həma əyalətində və bir sıra digər rayonlarda müdafiə xətlərini möhkəmləndiriblər. Hökumət əleyhinə qruplara hava zərbələri endirilib.
Oxşar xəbərlər
Tehranda beynəlxalq uçuşlar bərpa olunur
ABŞ və İsrailin İrana hücumlarından sonra dayandırılan beynəlxalq uçuşlar Tehranda bərpa olunur. BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, İmam Xomeyni Beyn...