Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyasının baş verdiyi kruiz gəmisindən vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərdiklərini təsdiqləyiblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Avropa ölkələrinin qalan vətəndaşlarının təxliyəsi üçün daha iki təyyarə göndərir. ABŞ və Böyük Britaniya da öz vətəndaşlarının təxliyəsi üçün təyyarələrin və ehtiyat planların hazırlandığını təsdiqləyiblər.
Sərnişinlərə yalnız zəruri ehtiyac əşyalarını özləri ilə götürməyə icazə veriləcək, qalan baqaj, eləcə də vəfat etmiş sərnişinin meyiti gəmidə qalacaq və dezinfeksiya üçün Niderlanda göndəriləcək.
Gəmini ilk olaraq İspaniya vətəndaşları tərk edəcək. Qalan sərnişin qruplarının təxliyə qaydası səhiyyə orqanları tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, təxliyə reysi uçuşa hazır olmayınca sərnişinlərin sahilə çıxmasına icazə verilməyəcək", - Qrande-Marlaska əlavə edib.
Oxşar xəbərlər
Denver hava limanında təyyarə adam vurub
"Frontier Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında bir şəxsi vurub, bu səbəbdən ekipaj uçuşu təxir...