Berk Oktay 20 kiloqram kökəldi
Aktyor Berk Oktay yeni layihəsi üçün xarici görünüşündə dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, o "Harman Yeri" adlı serialdakı pəhlivan Hamza Bozbey obrazı üçün 20 kiloqram kökəlib.
Aktyor yeni layihəsində çəkilmək üçün artıq güləş dərsləri də almğa başlayıb. Oktay həmin anlardan birini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Onun son halını görən izləyiciləri çox təəccübləniblər. Uzun fasilədən sonra ekranlara qayıdan aktyorun izləyiciləri "Xeyirli olsun", "Sizi izləməyi qaçırmışdıq", "Yeni rol çox yaraşır", "Uğurlar olsun" kimi şərhlər yazıblar.
Xatırladaq ki, Berk Oktay bu günə qədər "Akasya Durağı", "Arka Sokaklar", "Umut Yolcuları", "Savaşçı" və "Yasak Elma" kimi reytinqli layihələrdə rol alıb.
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...