BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı

BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı
Dünya 70

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin energetika naziri Suhail Al Mazrouei bildirib.

Nazirin sözlərinə görə, qərar Hörmüz boğazının bağlanması fonunda qəbul edilib. O qeyd edib ki, İranla müharibə qlobal enerji bazarlarını sarsıdır və boğazın bağlanması BƏƏ-nin neft bazarına təsir imkanlarını məhdudlaşdırır.

BƏƏ 1 may tarixindən etibarən OPEC və OPEC+ formatından çıxacağını açıqlayıb. Ölkə rəhbərliyi bundan sonra da "məsuliyyətli davranacağını" və neft hasilatını tədricən artıracağını bildirib.

Ekspertlərin fikrincə, Abu-Dabi bu addımla təşkilat çərçivəsində müəyyən olunmuş kvotalara əməl etməkdən imtina edərək bazarda daha ucuz neftlə çıxış edib "qiymət müharibəsi" başlada bilər.

Qərb ölkələrində hesab olunur ki, BƏƏ-nin bu qərarı Yaxın Şərq ölkələri arasında parçalanmanı dərinləşdirə və regionda sabitliyi zəiflədə bilər.

Kreml isə öz növbəsində BƏƏ-nin çıxışına baxmayaraq, OPEC+ formatının qorunub saxlanacağına ümid etdiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət edərkən səhhətində problem yaranıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, sinə...

29 Dünya 23:00 29 avqust 2026

Son xəbərlər